ONN İnformasiya Agentliyi

Magistr diplomlarının verilməsinə dair VACİB QƏRAR

Magistr diplomlarının verilməsinə dair VACİB QƏRAR
10 Mart 2020 - 22:05

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

ONN media bildirir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənib. Bununla da magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Eyni zamanda dəyişikliklə magistr diplomu ilə magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamağa imkan verəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png