ONN İnformasiya Agentliyi

Qəbul imtahanları ləğv oluna bilər? – Ekspert

Qəbul imtahanları ləğv oluna bilər? – Ekspert
30 İyun 2021 - 12:06

Bir çox Avropa ölkəsində, xüsusən, İngiltərə, Fransa, Almaniyada şagirdlərin orta ümumtəhsil məktəblərində əldə etdikləri müvəffəqiyyət göstəricisi ilə ali məktəbə qəbul olma imkanları var. Çünki həmin ölkələrdə orta təhsil proqramı onlara ali məktəbə qəbul olma imkanı verir. Azərbaycan və Türkiyədə orta məktəblərdə tam olaraq keyfiyyət təmin edilmədiyi üçün orta məktəb göstəricisi ilə birbaşa qəbulun həyata keçirilməsi problem yaradır.

ONN media bildirir ki, bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov ölkəmizdə qəbul imtahanlarının ləğv edilməsi təklifinə münasibət bildirərkən deyib.

“Gələcəkdə bizim ölkəmizdə də bunu həyata keçirtmək olar. Lakin burada ən vacib məqam ədalətli və şəffaf yanaşmadır. Bu təmin edilərsə, yaxşı nəticə əldə etmək olar. Son dövrlər informasiya texnologiyalarının, şagirdlərin elmi biliklərə yiyələnmə istiqamətinin dəyişməsi qəbul imtahanalarının formatında ciddi dəyişiklik etməyə ehtiyac yaradır. İmtahan iştirakçılarından 5-6 il əvvəlki biliklərinin yoxlanılması absurddur. Şagirdlər məcbur olurlar ki, repititor yanına, əlavə hazırlıq kurslarına getsinlər. İmtahanları tamamilə ləğv etməkdənsə, yaxşı olar ki, 11-ci sinfi bitirmiş abituriyentin 5-6-cı sinifdə öyrəndiyi yox, son 1 ildə və ya 2 ildə öyrəndikləri yoxlanılsın. Düşünürəm, bu, daha ədalətli olar”.

Ekpert bildirib ki, qəbul imtahanın tamamilə ləğv edilməsi mümkün deyil. Azərbaycanda belə bir keçid zamanı hər kəs ən perpektivli və prestijli ixtisasları seçəcək:

“İmtahansız ali məktəbə qəbul olunmasına icazə versək, hər kəs tibb, hüquqşünaslıq, informasiya texnologiyaları kimi ixtisaslara qəbul olmaq istəyəcək. Ən yaxşı iştirakçını seçmək üçün təkcə test imtahanı həyata keçirtməməliyik. Eyni zamanda iştirakçılara müəyyən niyyət məktubları yazdırmalıyıq ki, onlar seçdikləri ixtisası niyə oxumaq istədiklərini ifadə etsinlər. İmtahanları sadələşdirməklə təhsilin əlçatanlığını təmin etməliyik. Azərbaycanda və Türkiyədə ali təhsilli insanların sayını artırmaq lazımdır”.

Qeyd edək ki, ötən gün Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ali məktəblərə qəbul imtahanlarının ləğvi üçün çağırış edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png