ONN İnformasiya Agentliyi

Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi – FOTO

Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi – FOTO
18 Mart 2019 - 17:49

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub.

ONN media  xəbər verir ki, narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub.

Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib. Təbrikdəki səhvin əks olunduğu fotoşəkil Marneulinin Feysbuk sosial şəbəkəsi istifadəçiləri arasında fəal müzakirə mövzusu olub. Onların bildirdiyinə görə, rayon rəhbərliyi hər il Novruz bayramı ərəfəsində reklam löhvələrinin birində təbrik yerləşdirir və hər dəfə də Azərbaycan dilində yazılan sözlərdə mütləq hər hansı bir səhvə yol verilir.

Marneuli ictimaiyyətinin narazılıq və tənqidindən sonra reklam löhvəsindəki “i” hərflərinin nöqtələri yaşıl rənglə boyanıb və səhv aradan qaldırılıb.(report)

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png