ONN İnformasiya Agentliyi

Saxta manatı əslindən necə fərqləndirək?

Saxta manatı əslindən necə fərqləndirək?
22 Aprel 2019 - 23:27

2018-ci ildə Azərbaycanda 1126 ədəd saxta pul nişanı tədavüldən çıxarılıb. Bu, 2017-ci ilin göstəricisindən 14,8 faiz azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə tədavüldə 1322 ədəd, 2019-cu ilin birinci rübündə isə 275 ədəd saxta əsginas aşkar edilib:

“Azərbaycan Respublikasının mövcud pul nişanları ölkə Prezidentinin müvafiq fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində 2006-cı il yanvarın 1-dən tədavülə buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq, bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması, istehsalı və saxtalaşdırmaya qarşı mübarizə sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı Mərkəzi bankları bu yeniliklərdən irəli gələrək, eləcə də pul nişanlarının saxtalaşdırılması ilə bağlı risklərin minimallaşdırılması tələblərini nəzərə alaraq, pulların dizaynının və mühafizə sistemlərinin yenilənməsini və daha yüksək standartlara uyğunlaşdırılmasını həyata keçirirlər”.

Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək 10 manatlıq pul nişanının əsas dizayn elementlərini saxlamaqla mühafizə sistemlərinin təkmilləşdirilməsini və daha mütərəqqi texnoloji elementlərin tətbiqi yolu ilə yenilənməsini həyata keçirib. Belə yenilənmələr pul nişanlarının təhlükəsizliyinin gücləndirilməsində təsirli rol oynayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png