ONN MEDİA

Fransada təyyarə qəzası- 2 pilot öldü

Fransada təyyarə qəzası- 2 pilot öldü
11 Yanvar 2019 - 10:38

Fransanın şərqində qəzaya uğrayan “Mirage 2000D” qırıcı təyyarənin hər iki pilotu həlak olub.

ONN media xəbər verir ki, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun – kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun – öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP