ONN MEDİA

Türkiyədə ƏMƏLİYYAT- 100 nəfər saxlanıldı

Türkiyədə ƏMƏLİYYAT- 100 nəfər saxlanıldı
11 Yanvar 2019 - 13:46

Türkiyədə “FETÖ” terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyatlar çərçivəsində 102 keçmiş hərbçi saxlanılıb.

ONN media xəbər verir ki, Adanada keçirilmiş əməliyyat zamanı 52 nəfər, İstanbulda isə 50 nəfər saxlanılıb.

Qeyd olunur ki, hərmin hərbçilər “FETÖ” ilə sıx əlaqədə olub və müxtəlif hərbi hissələrlə bağlı məlumatları təşkilatın digər mənsublarına ötürüb.

Xatırladaq ki, daha əvvəl keçirilmiş əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbçi saxlanılmışdı.

Ümumilikdə “FETÖ” terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 15 mindən çox hərbi qulluqçu azad edilib.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP