ONN MEDİA

Oğuzda kütləvi dava — Yaralılar var

Oğuzda kütləvi dava — Yaralılar var
09 Yanvar 2019 - 2:29
Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

ONN media report -a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun 1988-ci il təvəllüdlü Calut-1 kənd sakini Quliyev Zamin Cəmil oğlu və 1993-cü il təvəllüdlü Calut kənd sakini Xamdiyev Sərvər Ənvər oğlu bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı 31 yaşlı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. 26 yaşlı S.Xamdiyev qapalı kəllə-beyin travması aldığından, yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Məlumata görə, Z.Quliyev və S.Xamdiyev aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Rayon sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, davanın daha 2 iştirakçısı polis tərəfindən axtarılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP