ONN İnformasiya Agentliyi

Siqaret çəkdiyi üçün saxlanıldı – Azərbaycan şəhərində qəribə olay

Siqaret çəkdiyi üçün saxlanıldı – Azərbaycan şəhərində qəribə olay
23 May 2019 - 11:18

Güney Azərbaycanın Təbriz şəhərində bir gənc Ramazan ayında siqaret çəkdiyi üçün polis tərəfindən saxlanılıb.

ONN media xəbər verir ki, İran polisi siqaret çəkən gəncə hücum edərək onu təhqir edib.

Soydaşımızın iş yerində siqaret çəkdiyi üçün saxlandığı bildirilir.

Adı açıqlanmayan şəxs müqavimət göstərsə də, onu dəyənəklə döyən polisə təslim olmağa məcbur edilib.

İran məhkəmə sisteminin qərarına görə, Ramazan ayında ictimai məkanlarda yemək yemək və siqaret çəkmək qadağandır. Bununla bağlı saxlanılanlara şallaq, həbs və ya cərimə cəzası verilir. Bu ittihamla saxlanılan şəxsin məhkəmə hökmünə etiraz etmək hüququ yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png