ONN İnformasiya Agentliyi

Toya gedən qardaşlar FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Toya gedən qardaşlar FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
15 Mart 2019 - 21:34
Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.
ONN media ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Qəza nəticəsində daha üç nəfər – Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Onu da qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png