ONN İnformasiya Agentliyi

“Neftçi”nin futbolçusu AXTARIŞA VERİLDİ

“Neftçi”nin futbolçusu AXTARIŞA VERİLDİ
23 Yanvar 2019 - 9:07

“Neftçi”nin futbolçusu ölkəsində axtarışa verilib.

ONN media “Fanat.az”a istinadən xəbər verir ki, Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.

20 yaşlı futbolçunun Ukraynada qeydiyyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.

Azərbaycanın U-21 yığmasında da oynayan “milliləşdirilmiş” legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png