ONN MEDİA

“Qəbələ” məşqçisi ilə yollarını ayırdı

“Qəbələ” məşqçisi ilə yollarını ayırdı
08 Yanvar 2019 - 18:12

2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər korpusunda dəyişikliklər olub.

ONN media bildirir ki, “qırmızı-qaralar” serbiyalı məşqçi Miloş Yevtiçlə yollarını ayırıb.

Bundan başqa, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Z.Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandanın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP