ONN MEDİA

Azərbaycan məhsulları Çində nümayiş olundu

Azərbaycan məhsulları Çində nümayiş olundu
14 May 2019 - 18:55

Azərbaycan məhsulları mayın 14-də Çin Xalq Respublikasının Şanxay şəhərində işə başlayan “Sial China 2019” beynəlxalq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildirilib ki, mayın 14-16-da keçiriləcək sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ixrac missiyasına daxil olan 12 şirkət məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan şirkətləri “Sial China 2019” sərgisinə böyük maraq göstərirlər. Belə ki, sərgidə qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP