ONN İnformasiya Agentliyi

Bu şəxslərin maaşı artırıldı

Bu şəxslərin maaşı artırıldı
18 Mart 2019 - 14:45

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.

ONN media xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib:

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əməkhaqqı alır.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png