ONN İnformasiya Agentliyi

Bakıda 33 yaşlı qadını amansızlıqla öldürdülər

Bakıda 33 yaşlı qadını amansızlıqla öldürdülər
18 Aprel 2019 - 4:04

Aprelin 17-də Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində qadın xüsusi amansızlıqa qətlə yetirilib.

ONN media oxu.az-a istinadla xəbər verir ki, bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

İlkin məlumata görə, cinayətin qurbanı 33 yaşlı Şağan sakini Kütahi Məlikova yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs evə daxil olaraq, onun sinə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib, daha sonra boğazını kəsib.

Cinayətin qarət məqsədilə törədildiyi müəyyən edilib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları yoxa çıxıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxslərin axtarışı ilə məşğuldur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png