ONN MEDİA

Kənd kartofunun şəhər kartofuna məktubu – Mahmud ƏYYUBLU yazır 

Kənd kartofunun şəhər kartofuna məktubu – Mahmud ƏYYUBLU yazır 
15 Aprel 2019 - 11:00

Mahmud ƏYYUBLU, xüsusi olaraq ONN üçün.

Ölkəmizdə kartofu ikinci çörək adlandırırıq. Həqiqətən kartof gündəlik mətbəximizdə – daha doğrusu menyumuzda ən çox istifadə edilən məhsullardan biridir. Məhz buna görə də kartofa olan tələbatımız böyükdür və hər bir insan bu tələbatını maksimum şəkildə ödəməyə can atır. Bəs, gəlin görək ailələrimizdə bu tələbatı qarşılaya bilirikmi? Böyük əksəriyyətlə hamımız “yox” cavabını eşidəcəyik ki, bu cavabı verənlərə də haqq qazandırmaq olar. Novruz bayramı ilə əlaqədar olaraq doğma kəndimizə (Tovuz rayonu Əyyublu kəndi) getmişdim. Bilirik ki, Əyyublu kənd sakinlərinin əsas məşğuliyyət növlərindən biri əkinçilikdir. Burada birinci növbədə kartofçuluq əsas yer tutur və ölkədə yerli istehsalın artırılması, ödənməsi üçün Əyyublu kəndinin rolu böyükdür. Sakinlərin əsas gəlir mənbəyi kartofçuluqdan əldə olunur. Son illərə qədər bu sahədə vəziyyət ürək açan olsa da bir neçə ildir ki, bu sahədə geriləmə mövcuddur. Bu isə insanların maddi vəziyyətinin pisləşməsinə, insanlar arasında sosial narazılıqların artmasına səbəb olub.

            Kartof əkini ən ağır təsərrüfat formalarından biridir. Bu təsərrüfatda bel, toxa, kotan, yava, dırmıq və digər insan əməyi tələb edən kənd təsərrüfatı alətlərindən istifadə edilir. Belə olduqda isə insan sağlamlığı üçün təhlükələr artır. Kənd sakinlərin ömür müddəti azalmış və ağır əməyin təsiri ilə müxtəlif xəstəliklərlə üz-üzə qalmışlar. Bizi burada düşündürən kartofun acı taleyidir. Sözümüzü kənd kartofunun şəhər kartofuna ünvanladığı məktubla bildirmək istəyirik.

 

                                                                        Məktub

            “Hörmətli, şəhər kartofu!

            Öncə bildirim ki, mən kənd kartofunun becərilməsi üçün fermerlər çox ağır əzaba qatlaşırlar. Bir neçə ay dayanmadan kənd təsərrüfatı alətləri ilə torpağa sözün əsl mənasında hücm edirlər. Məni torpağa basdırırlar, alamı döyürlər, dibimi torpaqla doldururlar, bir neçə dəfə sulayırlar, bitdikdən sonra kərənti ilə biçib bellə çıxarırlar, sonra isə əllə vedrələrə yığıraq daşıyıb tay düzəldərək oradan da meşoylara yığıb şəhərə göndərirlər. Amma şəhərə gedəndə qiymətimiz qalxır. Kənddə məni 0.30 qəpiyə almırlar ancaq şəhərdə 0.80 qəpikdən aşağı kartof tapılmır. Kənd kartofları bərk utanırlar və sahiblərimizə xeyir verə bilmirik. Hələ sahiblərimiz bizi toxum olarkən 0.60-0.80 qəpikdən alırlar. Onlar heç xeyir görmürlər. Sahiblərimiz kəndin xeyirinə, şərinə qarışamırlar və ailələrini dolandıra bilmirlər. İnan sahibim gəlib tayların qabağında halsız-əhvalsız bizə baxaraq ax şəkəndə, lap xarabımız çıxır. Xəcalətimizdən quruya-quruya büzüşürük.

            Siz şəhərdə nə edirsiniz ki, sizin qiymətiniz baha olur? Axı, şəhərdə də eşitdiyimizə görə bizi alıb süfrələrə düzə bilmirlər. Biz isə burada xarab olub çaylara atılırıq. Bizdə istəyərdik ki, qiymətə gedək və beləcə sahibimizə və alıcımıza xeyir verək.”

            Mən bu məktubu kənd kartofundan aldım və ona söz verdim ki, şəhərə çatan kimi şəhər kartofuna çatdıracam. Kənd kartofunun bu halına çox acıdım və məni üzdü. Maraqlıdır ki, ölkəmizə Pakistandan, İrandan kartof gətirilir və yerli fermerlər isə məhsullarının alınmamasında, ucuz qiymətə satılmasından və yerli bazarlara çıxışlarının məhdudluğundan şikayətçidirlər.

 


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP