ONN MEDİA

Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib

Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib
11 May 2019 - 14:33

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya daxil olan məlumata görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.

Suçəkmə işləri davam etdirilir.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP