ONN İnformasiya Agentliyi

Lənkəranda şəhidlərin xatirəsi anılıb

Lənkəranda şəhidlərin xatirəsi anılıb
19 Yanvar 2019 - 12:20

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.

20 Yanvar faciəsinin ildönümü Lənkəranda şəhidlərin ruhuna böyük ehtiramla qeyd olunub.

ONN media xəbər verir ki, bu münasibətlə yanvarın 19-da səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.

Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png