ONN MEDİA

Qazaxda erməni təxribatı – DSX məlumat yaydı

Qazaxda erməni təxribatı – DSX məlumat yaydı
07 Yanvar 2019 - 16:24

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

ONN media Olaylar-a istinadla xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən xəbərə görə, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub. 

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəymiş və kabinasının sağ şüşəsini sındırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 


ONN informasiya agentliyi

image_print Çap Et
Qazaxda erməni təxribatı – DSX məlumat yaydı
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP