ONN İnformasiya Agentliyi

İlham Əliyev Xoşbəxt Yusifzadəni təbrik etdi

İlham Əliyev Xoşbəxt Yusifzadəni təbrik etdi
16 Yanvar 2019 - 15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib.
 
ONN media xəbər verir ki, dövlət başçısı təbriklərini Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində çatdırıb.
 
“Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək”, – dövlət başçısı deyib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png