ONN İnformasiya Agentliyi

Azərbaycanlı tələbələrdən böyük uğur

Azərbaycanlı tələbələrdən böyük uğur
14 Mart 2019 - 13:04

UFAZ (Fransanın Strasburq və Azərbaycan – Fransa birgə universiteti) tələbələrinin semester imtahanlarının nəticələri Strasburq Universitetinin nəticələrindən 2 qat yüksək olub.

ONN media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. O bildirib ki, hər iki universitet tələbələrinə imtahanda eyni suallar verilib. Cavabları həm azərbaycanlı, həm də fransız müəllimlər yoxlayıb. 

Nəticələrə əsasən, UFAZ tələbələrinin  payız semester göstəriciləri daha yüksək olub.

Təhsil eksperti Kamran Əsədov isə bu müqayisənin doğru olmadığını bildirib. Ekspertin sözlərinə görə, fransızlar ingilis dilində tədrisə elə də səy göstərmir: “Mən ona görə də, bu uyğunlaşmanı doğru hesab etmirəm. Çünki Azərbaycan tələbəsi ingilis dilini fransız tələbədən yaxşı bilir. Hətta bizim tələbələrimiz ana dilindən də ingiliscə danışırlar. Fransada isə ingilis dilində təhsil çox zərifdir”.

Qeyd edək ki, UFAZ Azərbaycan və Fransa Prezidentlərinin 2014-cü ildə irəli sürdükləri çox ambisiyalı bir layihədir. Universitet Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universiteti (Unistra) tərəfindən idarə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png