ONN İnformasiya Agentliyi

“İnter” “Milan”ı darmadağın etdi

“İnter” “Milan”ı darmadağın etdi
21 Fevral 2021 - 20:31

Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü “Milan” və “İnter” komandaları arasında keçirilib.

ONN media xəbər verir ki, “Cüzeppe Meatsa” stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.

Bu nəticədən sonra xalını 53-ə çatdıran “İnter” liderliyini möhkəmlədib və ən yaxın izləyicisi “Milan”ı 4 xal geridə qoyub.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png