ONN İnformasiya Agentliyi

İstanbulda “I” ƏMƏLİYYATI: Azərbaycanlı tutuldu – BUNA GÖRƏ…

İstanbulda “I” ƏMƏLİYYATI:  Azərbaycanlı tutuldu – BUNA GÖRƏ…
10 Aprel 2021 - 14:26

İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb.

ONN media xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb.

Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. Çantanın içindən 1 ədəd mobil Wi-Fi qurğusu, 2 ədəd sim-kartı olan aparat, 2 ədəd batareya, 2 ədəd kabelli bağlantı aparatı, 3 qulaqcıq, 1 ədəd cib telefonu, 1 ədəd yapışqanlı kağız lent, paltarın üstünə yerləşdirilmiş, kameralı və batareyalı surətçıxaran aparat aşkarlanıb.

Məlum olub ki, Azərbaycan vətəndaşı N.F. sürücülük kursunda imtahan verənlərə bu cihazlarla sualların cavablarını ötürürmüş. Və əvəzində pul alırmış. Əməliyyatı başa çatdırandan sonra onun ləngimədən avtovağzaldan avtobusla başqa şəhərə getməyə hazırlaşdığı məlum olub. Polis onu saxlayıb, dindirib və məhkəməyə çıxarıb. Şəxs başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb. (virtualaz.org)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png