ONN İnformasiya Agentliyi

NATO PA-nın yaz sessiyası başladı

NATO PA-nın yaz sessiyası başladı
16 May 2021 - 19:55

Mayın 14-də NATO Parlament Assambleyasının yaz sessiyası onlayn formatda öz isinə başlayıb.

ONN media -ya Milli Məclisdən verilən məlumata görə, parlamentin qurumdakı nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Kamran Bayramov və Elşən Musayev sessiyaya qatılıblar.

Sessiya çərçivəsində NATO PA-nın Müdafiə və təhlükəsizlik, Təhlükəsizliyin mülki ölçüsü, İqtisadi təhlükəsizlik, Elm və texnologiya, Siyasi komitələrinin iclaslarında “Silahlara beynəlxalq nəzarət”, “Rusiyanın geosiyasi və ideoloji həmlələrinin qarşısının alınması”, “Çin müdafiəsinə baxış: NATO üçün mövcud təsirləri” kimi mövzular müzakirə olunub.

Müzakirələrdə deputatlarımız fəallıq göstəriblər, suallarla çıxış ediblər və bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.

NATO PA-nın yaz sessiyası işini mayın 17-də plenar iclasla davam etdirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png