ONN İnformasiya Agentliyi

Qubada torpaq sürüşməsi: 10 ailə köçürüldü

Qubada torpaq sürüşməsi: 10 ailə köçürüldü
14 Oktyabr 2021 - 0:06

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Əlli hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

ONN media  xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən naryad təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png