ONN İnformasiya Agentliyi

70 milyon peyvənd yararsız çıxa bilər

70 milyon peyvənd yararsız çıxa bilər
07 May 2021 - 13:16

“Johnson & Johnson” peyvəndinin 70 milyon dozası yararsız ola bilər.

ONN media  xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilir ki, peyvəndlər ABŞ-ın Merilənd ştatının Baltimor şəhərindəki “Emergent BioSolutions” zavodunda istehsal olunub. Sözügedən zavodda ABŞ peyvəndi ilə yanaşı, Britaniya-İsveç firmasının “AstraZeneka” preparatı da istehsal olunur.

Xatırladaq ki, aprelin əvvəlində “Johnson & Johnson”un Baltimordakı zavodunun əməkdaşları preparatların komponentlərini qarışdıraraq səhvə yol vermiş, buna görə də 15 milyon doza vaksin korlanmışdı.

Hadisədən sonra ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) müəssisədə yoxlama aparmağa başlayıb.

Əlavə edək ki, “Johnson & Johnson” peyvəndinin sözügedən partiyası daha öncə korlanmış partiya ilə eyni zamanda istehsal edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png