ONN İnformasiya Agentliyi

Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi

Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi
10 Fevral 2021 - 13:28

AMEA Mərkəzi Elmi Kitabxanasından ONN media -ya verilən məlumata görə, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin I katibi Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət edib.

MEK-in direktoru, professor Məmməd Əliyev qonağı kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Kitabxananın fəaliyyəti və tarixi ilə bağlı qonağa ətraflı məlumat verən Məmməd Əliyev, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bu fəaliyyətin nəticəsi olaraq bir çox xarici ölkələrlə kitab mübadiləsi barədə qurduqları əlaqələrdən danışıb.

Qonaq Akbota Mussabayeva göstərdiyi diqqətə görə MEK-in direktoru, professor Məmməd Əliyevə minnətdarlığını bildirib və gətirdiyi kitabları MEK-ə təqdim edib. Əsasən rus və ingilis dillərində olan həmin kitablarda Qazaxıstan dövləti, coğrafiyası, müasir şəhər arxitekturası, tarixi və digər mənbələr yer alıb.

Həmçinin görüşdə Qazaxıstan Respublikasında fəaliyyət göstərən akademik kitabxanalarla birgə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və yaxın zamanlarda bu əməkdaşlığın reallaşdırılması ilə bağlı qərar qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png