ONN İnformasiya Agentliyi

Bakı və Tiflis birgə gömrük məntəqəsi yaradır

Bakı və Tiflis birgə gömrük məntəqəsi yaradır
04 May 2021 - 21:36

Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir.

ONN media  xəbər verir ki, layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılır.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bildirib ki, bu layihə həm çox önəmli, həm də innovativ ideyadır:

“Layihədə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”, – deyə Laşa Xutişvili vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png