ONN İnformasiya Agentliyi

Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA

Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
11 May 2022 - 15:19

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hökm oxunub. 

Məhkəmənin hökmü ilə Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png