ONN İnformasiya Agentliyi

Bakıda DƏHŞƏT: özünü məftillə ağaca bağlayıb yandırdı – RƏSMİ

Bakıda DƏHŞƏT: özünü məftillə ağaca bağlayıb yandırdı – RƏSMİ
21 Yanvar 2022 - 21:37

Bakıda özünəqəsd hadisəsi baş verib.

ONN media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı məlumat yayıb.

Bildiriblər ki, yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcəkdir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png