ONN İnformasiya Agentliyi

Baydendən İranı sevindirəcək AÇIQLAMA

Baydendən İranı sevindirəcək AÇIQLAMA
22 Sentyabr 2021 - 15:12

Yəhudi və Fələstin dövlətinin yaradılması haqqında qərar hələ reallaşmaqdan uzaqdır, amma vacibdir.

ONN media  xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Bizim müstəqil yəhudi dövlətinə dəstəyimiz aydındır, amma mən iki dövlətin yaradılması haqqında qərarı dəstəkləməyə davam edirəm. Biz bu hədəfdən uzağıq, amma inkişaf şansını itirməməliyik”, – deyə o bildirib.

Bayden İran nüvə proqramı probleminə də toxunub. O, ABŞ-ın yeni soyuq müharibə ilə dünyanın bölünməsini istəmədiyini bildirib:

“ABŞ istənilən sülhsevər ölkə ilə işləməyə hazırdır. Biz nüvə razılaşmasına qayıtmaq üzərində işləyirik. Əgər İran da istəsə, biz razılaşmanın tam icrasına hazırıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png