ONN İnformasiya Agentliyi

Bu ilin imtahan rekordçusu Ruslan danışdı

Bu ilin imtahan rekordçusu Ruslan danışdı
07 May 2021 - 13:48

Buraxılış imtahanına hazırlaşdığım dövrdə 2 fənndən məşğələlərə gedirdim. Digər 1 fənn üçün də son ayda hazırlaşmışam. Pandemiya səbəbindən dərslərə həm onlayn, həm də əyani şəkildə qoşulmuşam.

ONN media bildirir ki, bunu axar.az-a açıqlamasında tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanında maksimal 300 balı toplayan Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu Ruslan Məsimov deyib.

O bildirib ki, əvvəllər də respublika üzrə keçirilən olimpiadalarda rus dili və biologiya fənnləri üzrə yer tutub:

“İmtahana hazırlaşdığım dövrdə mənə dərs deyən müəllimlərimdən çox razıyam. Gələcək təhsilimi xaricdə almaq istəyirəm, amma ikinci imtahanda da iştirak edəcəm. Bunun üçün Türkiyə, Çexiya və Cənubi Koreyaya sənədlərimi göndərmişəm. Türkiyədən bir universitetdən müsbət cavab almışam, digər cavabları da gözləyirəm. Kompüter mühəndisliyi ixtisasında təhsil almaq istəyirəm”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png