ONN İnformasiya Agentliyi

Bu peyvəndin yan təsirləri aşkar edildi

Bu peyvəndin yan təsirləri aşkar edildi
05 Mart 2021 - 14:39

Koronavirusa qarşı “Moderna” peyvəndinin yan təsiri aşkar edilib.

ONN media  xəbər verir ki, bu barədə “New England Journal of Medicine” dərgisində yayımlanan məqalədə bildirilib.

Qeyd olunub ki, peyvəndlənmiş 12 nəfərdə inyeksiya bölgəsində 10 gündən çox müddət ərzində dəri iltihabı yaranıb.

Orta hesabla, ilk dozadan sonra 8-ci gündə dəri töküntüləri nəzərə çarpır, lakin 4-11 gün ərzində inyeksiya bölgəsində narahatlıq hiss olunur.

Yaranan problemlərə baxmayaraq, həkimlər xəstələri ikinci doza qəbul etməyə və immunizasiyanı başa çatdırmağa razı salıb. İkinci peyvənddən sonra yalnız 3 nəfərdə eyni intensivlikdə dəri iltihabı olub, daha 3-ü yüngül reaksiya verib, qalan yarısı ağrısız olaraq ikinci doza peyvənd edilib.

Qeyd edək ki, “Moderna” Avropa İttifaqında təsdiqlənmiş 3 peyvənddən biridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png