ONN İnformasiya Agentliyi

DSX-nin əsgəri intihar etdi – General hadisə yerində

DSX-nin əsgəri intihar etdi – General hadisə yerində
08 May 2021 - 13:06

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib.

ONN media  xəbər verir ki, bu barədə Axar.az-a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png