ONN İnformasiya Agentliyi

Ermənistandakı Azərbaycan irsinin tədqiqatına başlandı

Ermənistandakı Azərbaycan irsinin tədqiqatına başlandı
08 İyul 2021 - 14:23

“İndiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb”.

ONN media xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur:

“Bu istiqamətdə Türkiyə, Gürcüstan və Rusiya arxivlərində işlərin aparılması planlaşdırılır”.

Nazir qeyd edib ki, araşdırma nəticəsində Ermənistandakı Azərbaycana məxsus irs nümunələrinin hazırkı vəziyyəti üzə çıxacaq:

“Tədqiqatın yekunları beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Araşdırma ilə bağlı Gürcüstan tərəfi ilə əməkdaşlığa hazırıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png