ONN İnformasiya Agentliyi

Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
15 İyul 2021 - 15:57

“İnsanlar düşünməsin ki, pandemiya bitib. Yoluxmanın sayı indi o qədər də yüksək deyil. Biz bu tarazlığı uzunmüddətli tədbirlər əldə etmişik”.

ONN media bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, insanlar vaksinasiyada aktiv iştirak etsələr, onda infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asan olar:

“Kimsə hələ qərar verməyibsə, vaksinin üstünlüklərini, faydasını götür-qoy etməli və müsbət qərar verməlidir. Bayram tədbirlərində indsanların təması artacaq. Belə yerlərdə maska taxmaq, məsafə gözləmək lazımdır. 

Artıq ölkəmizə yoluxuculuğu daha yüksək olan ştamm daxil olur. Bundan sonrakı gedişat yalnız bizdən asılıdır. Elə ölkələr var ki, peyvəndə başlamayıb. Azərbaycan bu gün 4 ölkədən biridir ki, artıq buster(xatırlatma dozası) dozanı tətbiq etməyə başlayıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png