ONN İnformasiya Agentliyi

QMİ müraciət etdi: Fitrəni BU ŞƏKİLDƏ çıxarın

QMİ müraciət etdi: Fitrəni BU ŞƏKİLDƏ çıxarın
02 May 2022 - 11:06

“Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır. Bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb. Mən xahiş edirəm, insanlarımız fitrəni pul şəklində çıxarsınlar. Çünki belə daha məqsədəuyğundur”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun sərf olunur: “Pul şəklində fitrə çıxarmanın özəlliyi odur ki, ehtiyacı olan kəslər həmin məbləği məhz ehtiyaca uyğun şəkildə xərcləyə bilirlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png