ONN İnformasiya Agentliyi

Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşüb

Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşüb
06 Dekabr 2021 - 14:12

Fotoqraf Reza Deqatinin dronu Şuşada çəkiliş apararkən naməlum əraziyə düşüb.

ONN media xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov məlumat verib.

Z.Həsənov bildirib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum əraziyə düşüb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib.

Dron ərazidən götürülərək R.Deqatiyə qaytarılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png