ONN İnformasiya Agentliyi

Şahmatçılarımızın bugünkü görüşləri heç-heçə nəticələnib

Şahmatçılarımızın bugünkü görüşləri heç-heçə nəticələnib
15 İyul 2021 - 21:35

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldıqları dünya kuboku yarışları davam edir.

ONN media  xəbər verir ki, iyulun 15-də şahmatçılarımızdan daha üçü mübarizəyə qoşulub. Belə ki, mübarizəyə 1/64 finaldan başlayan Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, 1/32 finalda isə Günay Məmmədzadə sloveniyalı Laura Unuk ilə heç-heçə ediblər. Birinci mərhələdə uğurla çıxış etmiş Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Cavakişvili ilə görüşlərində də qalib müəyyənləşməyib.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png