ONN İnformasiya Agentliyi

“Yaşadığın yeri cənnət edə bilmədiyin müddətcə qaçdığın hər yer cəhənnəmdir”

“Yaşadığın yeri cənnət edə bilmədiyin müddətcə qaçdığın hər yer cəhənnəmdir”
11 Fevral 2021 - 11:21

“Yaşadığın yeri cənnət edə bilmədiyin müddətcə qaçdığın hər yer cəhənnəmdir”.

Bu sözlər ziyalı Azərbaycan gənci Abu Turabova məxsusdur. Bu fikir bir insanın hansı əqidəyə,təfəkkürə malik olmasının bariz nümunəsidir. Oxumaqla,çalışmaqla savada yiyələnmək olar. Amma,ziyalılıq insanın daxilindən gəlməlidir.Və bu,heç də insana 50,60,70… yaşında verilmir. Hər bir kəsin uşaqlıq,gənclik illərindən davranışları,dünyaya,ətrafındakı insanlara,təbiətə baxışlarından özünü büruzə verir.Artıq özünü müəyyən dərk etmə dövründən sonra xalqına,vətəninə,dövlətçiliyinə olan sevgisi,elmin dərinliklərinə baş vuraraq,layiqli həm də gərəkli bir övlad olmaq üçün əzmlə çalışmaq,təhsil almaq… və bu yolda əldə etdiyi uğurları,atdığı addımları ilə bunlara nail ola bilmək bacarığı gəlir.Gənc olmasına baxmayaraq Abu Turabovun bu gün atdığı addımlar,dövlətimizin daha da çiçəklənməsi baxımından fəaliyyəti,düşüncəsi onun baxışlarının nə qədər zəngin olduğuna sübutdur.

Gördüyü işlərə görə, “2020-ci İlin gənci” seçilmiş, dəfələrlə diplom, fəxri fərman,eləcə də sertifikatlarla təltif olunmuşdur. Böyük-kiçik yolunu gözləməyi bacaran,Azərbaycanımızın gələcəyi olan belə ziyalı gənclərimizə dəstək olmaq,dəyərləndirmək,vətəndaş olaraq bizim də borcumuzdur.

Səbuhi Cəfərov

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png