ONN İnformasiya Agentliyi

İrəvana təzyiqləri görürük: Paşinyandan bunu gözləyirik

İrəvana təzyiqləri görürük: Paşinyandan bunu gözləyirik
23 Fevral 2024 - 9:22

Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana necə təzyiq göstərdiyini başa düşür.

ONN media xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O, Rusiya-Ermənistan münasibətlərdəki bəzi tendensiyalardan narahatlığını ifadə edib:

“Müəyyən suallar, müəyyən narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir”.

Səfir ABŞ administrasiyasının, xüsusən də Dövlət Departamentinin rəsmi nümayəndələrinin son illər və aylarda verdiyi bəyanatları xatırladıb:

“Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar. Ermənistan rəhbərliyindən bu məsələ ilə bağlı heç bir şərh eşitməmişik”.

O, Rusiyanın Ermənistanın siyasi iradə nümayiş etdiriləcəyini gözlədiyini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png