“Türkiye gazetesi”nin yazarı Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Müəllif “Fətullah Gülən niyə intihara cəhd etdi?” başlıqlı yazısında Gülənə aid olduğunu iddia etdiyi əl şəklinə də yer verib. Onun sözlərinə görə, FETÖ-də Güləndən sonra ikinci şəxs olan, təşkilatın ABŞ-dakı kəşfiyyatının rəhbəri Mustafa Özcan onun tapşırıqlarına məhəl qoymayıb, buna görə də tərəflər Ramazan ayından öncə ciddi mübahisə ediblər: “Fətullah Gülən hər şeyin əlindən gedəcəyindən qorxaraq son oyununu oynamaq qərarına gəlib. O, öz ölümünün təşkilatın dağılması mənasına gəldiyini çox yaxşı bildiyindən Mustafa Özcanı özünü öldürməklə şantaj edib. Gülən bunu daha öncə də etdiyindən Özcan onun sözlərini ciddi qəbul etməyib.”. Daha əvvəl FETÖ-də mühüm səlahiyyətləri icra etmiş Ümid Akdemirin verdiyi məlumatları yazısında qeyd edən F.Uğur Gülənin çoxlu sayda dərman içdiyini ehtimal edir: “Lakin əldə etdiyim sonuncu məlumat inanılmazdır. Fətullah Gülən dediyini edib və intihara cəhd edib, son anda xilas edilib. Ümitə göndərilən aşağıdakı foto intihardan qurtarılan Fətullahın əlidir. Onun əlinə serum taxılıb və uzun müddət qaldığına görə göyərib. Bəs Gülən intihara necə cəhd edib? Bu, onun inancına zidd deyilmi? Axı intihar etmək başqasını öldürməkdən daha ağır bir günahdır”. Uğur yazısında qeyd edib ki, hadisədən müəyyən müddət sonra Gülənin Ramazan bayramı münasibətilə çıxışı yayımlanıb. Adətən 35-40 dəqiqə davam edən ənənəvi çıxışı bu dəfə 5-6 dəqiqə gedib. O, ağappaq paltarda efirə çıxıb. Qafqazinfo
Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı



Fətullah Gülən öldü
Fətullah Gülən ölüm ayağında... - ŞOK
Fətullah Gülən ölüb?
İzmirdə əməliyyat- 47 hərbçi saxlanıldı
Mənsimov keçmiş naziri prokurorluğa şikayət etdi
Fətullah Gülən harada dəfn olunacaq? - Fikir ayrılıqları var
Bakıda Fətullah Gülən tərəfdarının məhkəməsi baş tutdu
Kamal Kılıçdaroğlu Məhərrəm İncənin YALANINI ortaya çıxardı
Neftçalada 32 yaşlı qadın intihara cəhd edib
Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyənin yeni müdafiə naziri FETÖ ilə mübarizədən danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 