Dünya təcrübəsində də ənənəvi ticarət tədricən zəifləyir və yerini getdikcə daha çox onlayn ticarətə verir. Son 10–15 ildə bu tendensiya daha da güclənib. İstehlakçılar artıq onlayn alış-verişə üstünlük verir və bu da mağazaların dövriyyəsinin azalmasına səbəb olur.
Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli onlayn və ticarət arasında rəqabət məsələsindən danışarkən deyib.
O bildirib ki, bu prosesə qarşı çıxmaq yox, uyğunlaşmaq daha düzgün yanaşmadır:
“Əsas məsələ müştəri məmnuniyyətidir. Əgər vətəndaş onlayn mühitdə daha ucuz və keyfiyyətli məhsul əldə edə bilirsə, bu sahənin inkişafı qaçılmazdır və dəstəklənməlidir.
Həmçinin fiziki mağazaların saxlanılması ciddi xərclər tələb edir. İcarə, kommunal xərclər və digər əməliyyat yükü ənənəvi ticarəti daha baha edir. Bu səbəbdən gələcəkdə bir çox mağazanın ya bağlanması, ya da xidmət və əyləncə mərkəzlərinə çevrilməsi mümkündür. Azərbaycan sahibkarları da bu dəyişikliklərə hazır olmalıdır. Ənənəvi ticarətlə məşğul olanlar onlayn platformalara inteqrasiya etməli, satışlarını internet üzərindən qurmağı bacarmalıdırlar. Bu, həm xərcləri azaldacaq, həm də müştəriyə daha rahat xidmət imkanı yaradacaq”.
Ekspert vurğulayıb ki, bəzi sahələrdə fiziki mağazalara ehtiyac qalacaq:
“Məsələn, bəzən geyim və ayaqqabı alışında müştərilər məhsulu sınaqdan keçirmək istəyir. Bu baxımdan butik tipli mağazaların bir qismi fəaliyyətini davam etdirəcək.
Nəticə etibarilə, ənənəvi ticarətçilər fəaliyyətlərini optimallaşdırmalı və rəqəmsal platformalara keçidi sürətləndirməlidir.Əks halda, bazarda rəqabət daha da sərtləşəcək və mağazaların bağlanması halları artacaq. Qeyd edim ki, artıq bir çox sahibkar bu istiqamətdə addımlar atmağa başlayıb”.



Marketlərdə qiymət artımı nədən qaynaqlanır?
Bu il ən çox hansı vəzifələrə tələbat olacaq?
Bakı Təhsil İdarəsi I sinfə qəbulla bağlı valideynlərə müraciət etdi
ƏDV-ni avtomatik hesablayıb ödəmək mümkün oldu
Belə mağazalarda brendləri ucuz qiymətə almaq olur
Ov etmək istəyənlərin NƏZƏRİNƏ- Yenilik olacaq?
Sədərək TM bağlanır?
Artıq biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Sərnişinlərin nəzərinə!
Onlayn qumar oynayan daha 14 nəfər tutuldu
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
"20 Yanvar"da keçidlərdə olan mağazalar bağlandı
Məktəblərdə bu tarixdə 1 ay tətil olacaq?
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 