İntizamsızlığa görə "Qarabağ”ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.
ONN media Futbolinfo.az-a istinadla xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos” klubu maraqlanır.
Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.
"Panatinaikos”a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın "Kopenhagen” klubunun "sükanı arxasında” olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı "Kopenhagen” "Qarabağ”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin "Matçın oyunçusu” seçilmişdi.
Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.
Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. "Qarabağ” müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.
Elvinə Serbiya "Partizan”ı və Portuqaliya "Braqa”sı da maraq göstərir.



"Qarabağ" bu gün "Kopenhagen"lə üz-üzə gələcək
Elvin “Qarabağ”ın tədbirinə dəvət olunmadı
ÇL: Addainin qolu günün ən yaxşısı oldu
"Atletik Bilbao" - "Qarabağ" matçına hansı kanalda baxaq?
"Qarabağ" "Malmö"yə uduzdu
"Qarabağ"- "Molde" oyununda hesab açıldı
“Qarabağ” tarix yazdı
"Qarabağ" "Zirə"ni məğlub etdi
"Qarabağ" "Ayaks"a məğlub oldu
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
“Qarabağ”dan möhtəşəm qələbə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 