İyunun 14-də Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib. ONN media xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideyn və şagirdlər iştirak edib. “Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib. Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin uğurlarından söz açan Ceyhun Bayramov bildirib ki, son 5 ildə bu məktəbin məzunlarından 4 nəfər 600-dən çox bal toplayıb. Nazir məktəbin çoxsaylı elm adamları, əmək qəhrəmanları, millət vəkilləri, şair və yazıçılar, beynəlxalq səviyyəli idmançılar, çoxsaylı müəllim, həkim və mühəndis kadrları yetişdirdiyini diqqətə çatdırıb. “Son zəng” tədbirindən sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin 28 nəfər məzunu ilə görüşüb, söhbət edib. Nazir məzunların gələcək təhsil pilləsində uğur əldə edəcəklərinə, onlara yaradılan imkanlardan faydalanaraq cəmiyyətdə layiqli vətəndaş kimi yetişəcəklərinə inamını ifadə edib. Məzunları bir daha təbrik edən Təhsil naziri onlara yeni həyat mərhələsində uğurlar arzulayıb. Qeyd edək ki, Qubadlı rayonu Hal kənd tam orta məktəbi 1932-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Sonradan yeddi illik və tam orta məktəbə çevrilib. Hazırda məktəbdə 11 sinif komplektində 202 nəfər şagird təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 23 nəfər pedaqoji heyət məşğul olur.
Nazir şagirdlərin məzun lentini imzaladı



Təhsil Nazirliyində yeni təyinat
Nazir müdiri işdən çıxardı - Şikayətlərdən sonra
Nazir şöbə müdirini işdən çıxardı
Ceyhun Bayramov kadr islahatı həyata keçirib
Bu il son zəng keçiriləcək?- Nazir qərar verdi
Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi
Mikayıl Cabbarovu o əvəz edəcək
Nazirdən "Son zəng"lə bağlı ƏMR
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik etdi
Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi
Ceyhun Bayramov XİN kollektivinə təqdim olundu
Bu gün şagirdlər üçün "SON ZƏNG" çalınacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 