ONN İnformasiya Agentliyi

Bütün arxivləri açacağıq- Zelenski

Bütün arxivləri açacağıq- Zelenski
Bu gün, 11:38
XX əsrdə Volında baş vermiş faciəli hadisələrlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin bütün arxivləri açılacaq.
ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, Polşa ilə münasibətlərdə bir sıra mühüm addımlar atılacaq. Onun sözlərinə görə, diplomatik sahədə yeni qərarlar qəbul ediləcək, axtarış və ekshumasiya işlərinin aparılması üçün əlavə icazələr veriləcək.
Zelenski Polşanın Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, Ukraynanın müstəqilliyinin müdafiəsi Polşanın müstəqilliyinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır.
Qeyd edək ki, Volın faciəsi II Dünya müharibəsi illərində (1943–1944) Ukrayna Üsyan Ordusu (UPA) tərəfindən Volın və Şərqi Qalisiya bölgələrində etnik polyak mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğındır. Tarixi mənbələrə görə, bu etnik təmizləmə nəticəsində təxminən 100 minə yaxın polyak qətlə yetirilib. Bu hadisələr II Dünya müharibəsi dövründə nasist işğalı altında olan ərazilərdə millətçi qrupların ərazi iddiaları və tarixi düşmənçilik zəminində baş verib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png