İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub. ONN media xəbər verir ki, görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək. İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb. Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalandı



Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi
Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı TAPŞIRIQ VERDİ
Prezident və xanımı Zooloji Parkın açılışında
Bakı Zooloji Parkına girişin QİYMƏTLƏRİ
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyeva uşaq sığınacağında olub
Azərbaycan-Belarus sənədləri imzalandı
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 