ONN media xəbər verir ki, bu gün Milli Qəhrəman gizir Mübariz İbrahimovun şəhadətindən 9 il ötür. M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. Silahlı Qüvvələrimizin giziri 2010-cu il iyunun 18-də gecə saatlarında düşmən tərəfə keçərək təkbaşına ermənilərin zabit və əsgərlərini məhv edib. Şəhidimizin meyiti 141 gün sonra düşmən tərəfdən alınaraq dəfn edilib.
M.İbrahimovla birlikdə xidmət edən əsgər Faiq Hacıyev açıqlamasında Milli Qəhrəmanımızın düşmən tərəfə necə keçməsindən danışıb:
“Mən onda kəşfiyyat bölüyündə xidmət edirdim. Mübariz könüllü olaraq Tərtərin Borsunlu kəndindəki postda gəldi. Mübariz bir ay idi ki, xidmət edirdi. Onun düşmən tərəfə keçdiyi yerləri mən də görmüşəm. Mübariz hər dəfə postdan qayıdanda görürdük ki, üstü çirklidir. Onda bir şey başa düşmədik və sonradan bildik ki, o, hər dəfə kəşfiyyata gedib gəlir və ermənilər əraziləri yandırdığı üçün onun üstü çirklənib. Düşmən tərəfə keçdiyi gecə kazarmada əsgərlərə posta getdiyini deyib və silahını götürüb çıxıb. Bir neçə saat sonra ermənilər tərəfdə şiddətli atışma başladı. Nə baş verdiyini başa düşə bilmirdik. Hamımız əlaqəyə çıxıb Mübarizi axtarırdıq. Yatağında axtarış apardıq və yazdığı məktubunu tapandan sonra bildik ki, düşmən tərəfə keçib. O, şəhid olandan sonra həmin post Mübariz İbrahimovun adını daşıyır”.
Qeyd edək ki, adının çəkilməsini istəməyən Mübariz İbrahimovun adını daşıyan postda xidmət edən əsgərlərdən biri əməkdaşımıza bildirib ki, “ermənilər 2016-cı ilin aprel döyüşlərində Mübarizin postuna üç dəfə hücum etdi, amma hər dəfə də düşməni ağır itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur etdik”.



Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu gündür
Mübariz İbrahimovun anım günüdür
Bu gün Mübariz İbrahimovun şəhadət günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bu gün Mübariz İbrahimovun doğum günüdür
Erməniləri qorxuya salan gecə- MÜBARİZ İBRAHİMOVUN ŞƏHİD OLDUĞU GÜN
Mübariz İbrahimovun ev muzeyi tikilir
Mübariz İbrahimovun məhv etdiyi posta bayrağımız sancıldı
Bu gün Mübariz İbrahimovun şəhidlik zirvəsinə ucalmasından 8 il ötür
Mübariz İbrahimov doğum günündə anıldı
Şəhid olsam ağlamayın - Mübariz İbrahimov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 