The Verge "Facebook"-un moderator-tərkibi üzrə yeni araşdırma aparıb.Əgər keçən dəfə jurnalistlər əməkdaşların işinin psixi sağlamlıq və həyat üçün təhlükəli olduğu qənaətinə gəlmişdilərsə, bu dəfə onlar artıq moderatorun birbaşa iş yerində ölüm halı ilə qarşılaşıblar. Kit Atli 2018-ci ildə ürək tutmasından vəfat edib. Atlinin həmkarları The Verge-ə bildiriblər ki, o, 2018-ci ilin 9 martında iş stolu arxasında yıxılıb. Onlar Kitə ürək masajı ediblər,çünki ofisdə defibliyator olmayıb. Atli xəstəxanaya yeləşdirildikdən sonra dünyasını dəyişib. Araşdırmada göstərilir ki, 42 yaşlı moderator iş yerində güclü strress yaşayıb. Lakin The Verge iş şəraitinin buna yeganə səbəb olması faktını təsdiqləmir. Kit Atli vizual məzmunun moderasiyası ilə məşğul olub (foto, video, illustrasiyalar), onlarda da ölüm və işgəncə səhnələri yer alıb.O, Tamp ( Florida) şəhərində yerləşən Cognizant şirkətinin "Facebook" podratçı ofisində işləyirdi. Jurnalistlərə görə, bura Şimali Amerikada iş şəraitinə görə ən pis moderator ofisidir. Əməkdaşlardan biri bildirib ki, moderatorlar 15-30 dəqiqə zorakılıq və ölümlə bağlı videolara baxmağa məcbur olurlar. O, ofisin atmosferini qorxu filmləri ilə müqayisə edib. Fevralda The Verge , elə həmin Cognizant podartçısının Arizona ofisində "Facebook" moderatorlarının işi ilə bağlı araşdırmanın birinci hissəsini dərc edib. Həmin vaxt əməkdaşlar bildiriblər ki, travma sonrası sindromun artmasından əziyyət çəkirlər və sui-qəsd nəzəriyyəsinə inanmağa başlayırlar.
“Facebook”-un moderatoru iş yerində stressdən vəfat edib



"Facebook" da bir il
“Facebook”da növbəti qalmaqal — Milyonlarla səhifə təhlükədə
Azərbaycanda sürücü sükan arxasında vəfat edib
“Facebook”dan yeni funksiya
"Facebook"un ofisində intihar
Bakıda məmur qəfil öldü - İŞ YERİNDƏ
Qadın və kişilərin ölüm yaşı müəyyən edildi
Azərbaycanlı aparıcı qəfil vəfat etdi — FOTO
29 yaşlı çempionumuz qəfildən öldü
Gənc aktyor çəkilişdə öldü
Məşhur türkiyəli aktyor vəfat etdi
Azərbaycanda 8-i uşaq olmaqla 104 nəfəri gün vurub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 