Keçmiş Daxili İşlər naziri Ramil Usubov polis əməkdaşlarına müraciət edib. ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan müraciətdə Ramil Usubov qeyd edib: “Əziz həmkarlar! Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir. Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaradıb. Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur. Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirib. İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz. Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram".
Ramil Usubov müraciət yaydı



Ramil Usubov Göyçaya gedir
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Ramil Usubovun təltif edilmə səbəbi nədir?
Ramil Usubov bu rayonların sakinlərini qəbul edəcək
Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?
Vilayət Eyvazov polislərə MÜRACİƏT ETDİ
Vilayət Eyvazovu DİN kollektivinə Ramiz Mehdiyev təqdim etdi
Ramil Usubov polkovniki işdən azad etdi
Ramil Usubov Novruz Məmmədovun oğluna vəzifə verdi
Ramil Usubovdan yeni təyinat
Vilayət Eyvazov polisləri təbrik etdi
Prezident Ramil Usubovla görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 