"Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir".
ONN media xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur: "Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb - çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir. Ən sonuncu dəfə, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb".
"Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər. Hazırda isə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur", - deyə, şöbə müdiri qeyd edib.



Nazirlikdən SOS: Xəzərin səviyyəsi sürətlə enir
Xəzər dənizi ilə bağlı daha bir bədbin proqnoz
Xəzərin səviyyəsi 1,3 metr aşağı düşdü
Xəzərin suyu azalır?- DƏHŞƏTLİ ANONS
2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran
Xəzər dənizinin suyu azalır
Xəzərin səviyyəsi ən çox bu il düşüb
Xəzər HƏYƏCAN TƏBİLİ ÇALIR- Nə baş verir?
Xəzərin suyu buna görə azalır - Nazirlik səbəbləri açıqladı
Bu çay və göllərdə ekoloji tarazlıq pozuldu
Bakının iqlimi dəyişir? - Akademikdən VACİB AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 